Bakı. Könül Cəfərli - APA. “İran ərazinə daxil olan pilotsuz təyyarələri vurmaq və yerə endirmək ali dini liderimiz ayətullah Əli Xamneyinin ciddi tələblərindən biridir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə deyib.
O bildirib ki, SEPAH ordusu dini liderin bu tələbənin öhdəsindən gəlir: “Biz bir neçə dəfə xarici kəşfiyyata bağlı pilotsuz təyyarələri yerə endirməyə müvəffəq olmuşuq. Buna “Scan Eagale” və “Shadow” pilotsuz təyyarələrini misal göstərə bilərik. ABŞ-a məxsus “RQ-170” təyyarəsinin şifrələrini alimlərimiz çözdü və onun texnologiyasını da əldə etdik”.