Bank Of Baku

Iraq baş naziri: “Türkiyə qoşunların çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir”

Iraq baş naziri: “Türkiyə qoşunların çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir”
# 30 dekabr 2015 20:52 (UTC +04:00)

Bakı-APA. Rəsmi Ankara İraqın şimalından qoşunların çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu  İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

 

Onun sözlərinə görə, İraqa səfər edən Türkiyə rəsmiləri hərbçilərinin çıxarılmasını vəd etsələr də, türk hökuməti əldə olunan razılaşmaya hörmətsizliklə yanaşır. əl-Abadı Türkiyə hərbçilərin ölkənin şimalından dərhal çıxarılmasına çağırıb. 

 

Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın Mosul şəhəri yaxınlığında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR