Bakı. Ağa Cəfərli-APA. İraqın Diyala bölgəsindəki həbsxanada baş vermiş iğtişaşın yatırılması zamanı 28 nəfər həlak olub.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, üsyan məhbusların yemək vaxtında başlayıb. Nəzarətçilər qarşıdurmanın qarşısının almağa üsyanı sakitləşdirməyə çalışarkən 20 məhbus öldürülüb. Nəzarətçilərdən isə 8 nəfərin dünyasını dəyişdiyi bildirilir. Məhbuslardan 15-i qaçmağa müvəffəq olub.