Bank Of Baku

İraq növbəti dəfə İranın yük təyyarəsini məcburən endirib

İraq növbəti dəfə İranın yük təyyarəsini məcburən endirib
# 16 aprel 2013 11:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Aprelin 15-də Suriyanın paytaxtı Dəməşq şəhərinə uçan İranın yük təyyarəsi İraq hava məkanına daxil olduğu zaman Bağdad beynəlxalq hava limanına enməyə məcbur edilib.

 

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İraq Hava Yolları Şirkətinin prezidenti  Nasir Bəndər əl-Ameri açıqlama verib. Onun sözlərinə görə, təyyarədə axtarış aparılıb və onun içərisində Suriyaya göndərilməsinə qadağa qoyulmuş heç bir yük tapılmayıb.

 

Məsələyə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, bu vəziyyət beynəlxalq qanunlara və yaxşı qonşuluq əlaqələrinə ziddir.

 

Qeyd edək ki, İranın “Mahan Air” Hava Yolları Şirkətinə məxsus təyyarənin axtarışdan sonra dərhal Dəməşqə getmək üçün Bağdad aeroportunu tərk etdiyi bildirilib. Ümumiyyətlə, son aylarda dördüncü dəfədir İraq rəsmiləri İran təyyarəsini məcburən endirərək axtarış aparırlar. Hətta ABŞ dövlət katibi Con Kerri İraqa son səfərində bu ölkə rəsmilərindən İrandan Suriyaya uçan təyyarələrin sayının axtarılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR