Bank Of Baku

İraq ordusu İŞİD-in "maliyyə naziri"ni ələ keçirdiyini açıqlayıb

İraq ordusu İŞİD-in "maliyyə naziri"ni ələ keçirdiyini açıqlayıb
# 29 dekabr 2015 13:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraqın Ər-Ramadi şəhərinin azad olunması uğurunda aparılan əməliyyat zamanı İraq hərbçiləri İŞİD-də maliyyə naziri rolunu icra edən terrorçunu ələ keçiriblər.

 

APA-nın RIA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi komandanlığın informasiya bürosu məlumat yayıb. Hərbi qüvvələrə “maliyyə naziri”nin yeri barədə şəhər sakinləri məlumat verib. Bildirilir ki, o əhali arasında gizlənərək terrorçuların tam zərərsizləşdirilməsindən sonra qaçmağı planlaşdırıb.  

 

İraq ordusu dekabrın 27-də Ənbar vilayətinin Ər-Ramadi şəhərinin İŞİD terrorçularından tam azad edildiyini bəyan edib. Lakin vilayət qubernatoru ərazinin 20 faizinin hələ terrorçuların əlində olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR