Bank Of Baku

İraq XİN: “İranın Suriyaya silah daşımasının qarşısını ala bilmirik”

İraq XİN: “İranın Suriyaya silah daşımasının qarşısını ala bilmirik”
# 15 iyul 2013 08:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İraq İranın Suriyaya silah daşımasının qarşısını ala bilmir”. APA-nın məlumatına görə, bunu İraqın xarici işlər naziri Hoşyar Zəbari Böyük Britaniyada nəşr olunan “Əşkar əl-Əvsat” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, İraq İranın bu ölkənin hava məkanından istifadə edərək Suriyaya silah daşımasının əleyhinədir: “Ancaq bununla belə, rəsmi Bağdad bunu dayandırmaq gücünə də sahib deyil. Əgər Qərb ölkələri bu vəziyyətin BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğunu düşünürsə, bizə kömək etməlidirlər”.

 

H.Zəbari həmçinin indiyədək apardıqları yoxlamalar zamanı İrandan Suriyaya uçan təyyarələrdə humanitar yardımdan savayı heç bir şey tapa bilmədiklərini də söyləyib.

 

Eyni zamanda İraq xarici siyasət idarəsinin rəhbəri ölkəsinin Suriyaya silah və pul yardımı göstərmədiyini də vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR