Baku-APA. İraqın şərqində baş vermiş bir neçə partlayış nəticəsində 11 nəfər həlak olub. Bu barədə APA Associated Press-ə istinadən məlumat verir.
Partlayışlar Balad-Ruz şəhərində baş verib. Terrorçu-kamikadze polis nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobili partladıb. Nəticədə 5 nəfər ölüb, onlardan biri polisdir. Daha 16 nəfər isə yaralanıblar. Əbu-Qreyb şəhərində sərnişin avtobusunda baş verən partlayışda isə 3 nəfər həlak olub. Eyni şəhərdə yol kənarında bomba partlaması 2 nəfərin həyatına son qoyub.
Partlayışlara görə məsuliyyəti heç kəs üzərinə götürməyib.