Bank Of Baku

İraqda bir gündə 44 nəfər terror aktlarının qurbanı olub

İraqda bir gündə 44 nəfər terror aktlarının qurbanı olub
# 12 iyul 2013 02:40 (UTC +04:00)

 APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, silahlı ekstremistlərin Bağdaddan 200 km aralıda neft borularının mühafizəçilərinə hücumu nəticəsində 11 nəfər qətlə yetirilib.  

 

Əl-Muktadiyyə şəhərində Bağdaddan 80 km şimal-qərbdə yerləşən Müktadiyyə şəhərində minalanmış avtomobil kamikadze tərəfindən partladılıb, nəticədə 11 nəfər ölüb. Terror aktı yas mərasimi keçirilən yerin yaxınlığında törədilib.

 

Bundan başqa, Bağdadın şərqində avtomobilin partladılması nəticəsində 4 nəfər həlak olub.

 

Tikrit şəhərində isə ötən gün 3 partlayış törədilib. Partlayış nəticəsində 3 polis əməkdaşı ölüb. Ölkənin şimalındakı Mosul şəhərində hərbçilərin nəzarət-buraxılış məntəqəsində üç partlayış törədilib. Partladıcı quraşdırılmış avtomobilləri kamikadzelər tərəfindən idarə olunub. Nəticədə 4 hərbçi həlak olub.   

 

Daha 7 polis Anbar əyalətində, 3 hərbçi isə Kərkükün yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə terrorçuların hücumu nəticəsində həlak olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR