Bank Of Baku

İraqda hava zərbələri nəticəsində 20 nəfər ölüb

İraqda hava zərbələri nəticəsində 20 nəfər ölüb
# 22 dekabr 2015 03:26 (UTC +04:00)

Bakı-APA. İraqın Mosul şəhərində iki hava zərbəsi nəticəsində 20-dək adam ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 12-nin dinc sakin olduğu bildirilir.

 

Hadisə şahidlərinin sözlərinə görə, hədəfdə İŞİD terror qruplaşmasının yerli komandirinin və onun oğlunun evləri olub.

 

Hadisə nəticəsində yaxınlıqdakı yaşayış evlərinə ciddi ziyan dəyib. Aviazərbələrin hansı ölkə tərəfindən endirildiyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR