APA-nın France Presse agentliynə istinadən verdiyi xəbərə görə, ABŞ ordusunun komandanlığı faktı təsdiqləyib.
Məlumata əsasən, Əbu Malik Mosul şəhəri yaxınlığında həlak olub.
Əbu Malikin İraqda hələ Səddam Hüseynin dövründə kimya silahı üzrə istehsal müəssisəsində işlədiyi bildirilir. O, 2005-ci ildə “Əl-Qaidə”-yə, sonra isə “İŞİD”-ə cəlb olunub.