Bank Of Baku

İraqda İŞİD-in “maarif naziri” hesab edilən Almaniya vətəndaşı öldürülüb

İraqda İŞİD-in “maarif naziri” hesab edilən Almaniya vətəndaşı öldürülüb
# 17 dekabr 2014 04:39 (UTC +04:00)

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə NDR və WDR teleradio şirkətlərinin məlumatında bildirilir.

 

Məlumata görə,  54 yaşlı Zeyam uzun müddət Almaniyada yaşayıb, bu ölkədəki  sələfilər arasında böyük nüfuza malik olub və İŞİD-lə uzun müddət yaxından əməkdaşlıq edib.  Almaniya xüsusi xidmət orqanları məlumatı təsdiqləyib.

 

Məhz “Zül Karnayn” ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə İŞİD İraq məktəblərində musiqi, coğrafiya, təsviri incəsənət və  ictimaiyyat fənlərinin tədrisini qadağan ediblər.

Zeyamın rəhbəri olduğu İŞİD-in “maarif nazirliyi” silahlıların nəzarətində olan Mosul şəhərinin  universitetində fəaliyyət göstərirmiş.       

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR