Bakı-APA. İraqda qaz kəmərinin inşasında çalışan fəhlələr qətlə yetirilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Baakubə şəhərində baş vermiş hadisə nəticəsində 15 iranlı və 3 nəfər iraqlı güllələnib.
Xəbərə görə, daha 5 iranlı və 2 nəfər iraqlı fəhlə yaralanıb. Onlar Tehran-Bağdad qaz boru xəttinin inşasında çalışırdı.