Bank Of Baku

İraqda törədilən iki partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb

İraqda törədilən iki partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb
# 14 noyabr 2016 17:10 (UTC +04:00)

İraqın Əl-Fəluca şəhərində bir-birinin ardınca iki partlayış baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

İlkin məlumata əsasən, terrorçular şəhərin mərkəzində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında iki minalanmış avtomobili partladıb. İnsidentdən sonra Əl-Fəlucada komendant saatı elan edilib.

 

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR