Bank Of Baku

İraqda törədilmiş bir neçə partlayışda 23 nəfər ölüb, 70 nəfər isə yaralanıb

İraqda törədilmiş bir neçə partlayışda 23 nəfər ölüb, 70 nəfər isə yaralanıb
# 28 fevral 2013 22:45 (UTC +04:00)

 

Bakı-APA. İraqda fevralın 28-də törədilmiş bir neçə partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb, 70 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.        

 

Məlumata görə, Bağdadda iki partlayış restoran və futbol stadionu yaxınlığında törədilib. Nəticədə 19 nəfər ölüb, 40-dək adam yaralanıb.

 

Bundan bir qədər əvvəl Bağdadın 30 km cənubunda yerləşən Mahmudiyyə şəhərində terrorçu-kamikadze əl qumbarasını partladıb, eyni vaxtda yaxınlıqda 5 partladıcı qurğu işə salınıb. Nəticədə ən azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.    

 

Bundan başqa, Bağdadın cənubunda avtomobil yolunun kənarında 2 partladıcı qurğu işə salınıb, nəticədə 1 nəfər ölüb, ən azı 7 adam yaralanıb.

 

Bundan əlavə, Bağdadın 55 kilometrliyində yerləşən Əziziyyə şəhərində mal-qara bazarı yaxınlığında avtomobildə törədilmiş partlayış nəticəsində 3-dək insan ölüb, 17 nəfər isə yaralanıb.

 

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR