Bank Of Baku

İraqın Tikrit şəhərində partlayışda ölənlərin sayı 39 nəfərə çatıb - YENİLƏNİB

İraqın Tikrit şəhərində partlayışda ölənlərin sayı 39 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2016 10:10 (UTC +04:00)

İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.

 

Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, bundan öncə polis partlayış nəticəsində  7 nəfərin öldüyü barədə məlumat yaymışdı. 

 

****

 

saat 12.04

 

Bu gün İraqın şimalındakı Tikrit şəhərində partlayış törədilib.

 

APA-nın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, ən azı 7 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Telekanalın məlumatında  partlayışın İraq ordusunun şəhərdəki düşərgəsində törədildiyi qeyd edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR