Bank Of Baku

İŞİD bayraqlarının yandırılmasına cavab olaraq İraqda 170 sakini girov götürüb

İŞİD bayraqlarının yandırılmasına cavab olaraq İraqda 170 sakini girov götürüb
# 03 yanvar 2015 01:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bölgədə İŞİD-in iki bayrağının yandırılmasına cavab olaraq silahlılar Əl Şajara və Qərib kəndlərinə hücum edərək 170 sakini əsir götürüb. “Təxminən 30 avtomobildə hərəkət edən silahlılar girov götürdükləri insanları Havica şəhərinə aparıblar. Bu şəhərdə İŞİD-in həbsxanası və məhkəməsi yerləşir”, deyə yerli kəşfiyyat qurumunun nümayəndəsi “Frans Press”ə bildirib.  

 

Şahidlərin sözlərinə görə, silahlılar girov götürdükləri sakinləri bayraqların yandırılması ilə əlaqəli olub-olmadıqlarını araşdırmaq üçün naməlum istiqamətdə aparıblar. Yerli sakinlərin bildirdiyinə görə, terrorçular Qərib kəndində bayraqları yandırmış 15 şəxsi axtarıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR