APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Frans Press məlumat yayıb.
Məlumata görə silahlılar girovu diri-diri yandırıb.
İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunub.
Muat əl Kəsasbeh edam edildikdən sonra onun qalıqları ekskavator vasitəsilə basdırıb.
Qeyd edək ki, bundan əvvəl İŞİD girov götürdüyü 2 Yaponiya vətəndaşını edam edib. Terrorçular girov götürdüyü yaponların və iordaniyalı pilotun azad olunması üçün İordaniya həbsxanalarından 27 terrorçunun azad edilməsini tələb etmişdi.