Bank Of Baku

İŞİD İraqın Əl Bağdadi şəhərini ələ keçirib

İŞİD İraqın Əl Bağdadi şəhərini ələ keçirib
# 13 fevral 2015 03:52 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Cəzirə peyk telekanalı məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlər zamanı İŞİD-in və İraq ordusunun canlı qüvvəsi xeyli itki verib.   

 

Silahlıların şəhərə bir neçə istiqamətdən hücuma keçdiyi qeyd olunur. Döyüşlər zamanı azı 14 hərbçinin həlak olduğu bildirilir. Terrorçuların itkisi barədə məlumat verilmir.  

 

Bundan başqa, ABŞ dəniz piyadaları korpusunun 320 mütəxəssisinin iraqlı hərbçilərə təlim keçdiyi “Əyn Əl Asad” aviabazasının yaxınlığında döyüşlərin getməsi barədə məlumat verilir.     

 

Əl Bağdadi şəhəri İraqın Suriya ilə həmsərhəd olan və  böyük hissəsinin terrorçuların nəzarətinə keçən Anbar əyalətində yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR