Bank Of Baku

İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib

İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib
# 26 oktyabr 2016 20:43 (UTC +04:00)

Bakı-APA. İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.

 

“Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər”, deyə deputat bildirib.

 

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR