Bank Of Baku

İslam İnkişaf Bankı İrana 190 milyon dollar yeni kredit xətti ayırıb

İslam İnkişaf Bankı İrana 190 milyon dollar yeni kredit xətti ayırıb
# 07 sentyabr 2013 15:55 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İslam İnkişaf Bankı (İİB) İrana 190 milyon dollar məbləğində yeni kredit xətti ayırıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bankın rəsmi veb-səhifəsində bu kreditin İranın Fars vilayətində səhiyyə və drenaj layihələrinin icrası məqsədilə verildiyi və vilayətin 6 şəhərində həyata keçiriləcək layihələrdə istifadə ediləcəyi bildirilir.

 

Qeyd edək ki, İslam İnkişaf Bankı illik büdcəsindən İrana 500 milyon dollar kredit ayırıb. Rəsmi Tehran da bu ilin aprel-may aylarında həmin kreditin 260 milyon dollarını bankdan alıb. İran banka üzv olduğu 2012-ci ilin noyabrından etibarən 77 layihədə iştirak edib və ümumi payı 5 mlrd. 800 mln. dollardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR