Bank Of Baku

İslam İnqilabı Keşikçiləri Korpusunu daha bir yüksək rütbəlisi Suriyada öldürülüb

İslam İnqilabı Keşikçiləri Korpusunu daha bir yüksək rütbəlisi Suriyada öldürülüb
# 14 fevral 2013 04:24 (UTC +04:00)

Bakı-APA. İran İslam Respublikasının Livanın bərpası üzrə komitəsinin rəhbəri Hişam Xoş Noveys Dəməşqdən Beyruta gedərkən qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə İranın Beyrutdakı səfirliyi məlumat yayıb.

 

«Əl-Cəzirə» telekanalının məlumatına görə, Livanda İranın İslam İnqilabı Keşikçiləri Korpusunu təmsil edən Noveys, Dəməşq beynəlxalq hava limanını tərk edəndən bir qədər sonra öldürülüb. Onunla birgə olan digər iranlı da qətlə yetirilib.

 

Səfirlik bu qətldə terrorçuları günahlandırıb.

 

Xatırladaq ki, dünən Livanda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) generalı Həsən Şateri də qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR