Bank Of Baku

İsrail ilk dəfə suriyalı qaçqınları müalicəyə qəbul edib

İsrail ilk dəfə suriyalı qaçqınları müalicəyə qəbul edib
# 17 fevral 2013 00:43 (UTC +04:00)

Bakı-APA. İsrail hərbçiləri fevralın 16-da hərbi əməliyyatlar nəticəsində yaralanan yeddi nəfər suriyalıya sərhədi keçməyə icazə verərək onları xəstəxanaya çatdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail MÜdafiə ordusunun mətbuat katibliyinin nümayəndəsi bildirib. Məlumata görə, hərbçilər yaralılara yerində ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. Yaralılardan birinin vəziyyəti kritik olduğundan o dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Daha 2 nəfər yaralının əməliyyat olunacağı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR