Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli nəfər ölüb, 689-u müxtəlif dərəcəli xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.
“Dekabrın 22-də iğtişaşlarda iki fələstinli ölüb, gün ərzində 689 nəfər yaralanıb, onlardan 65-i güllə yarası alıb. Hazırda 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, məlumatda deylir.
ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki həftədən çoxdur ki, davam edir.