Bank Of Baku

İsrail Türkmənistana səfir təyin edib

İsrail Türkmənistana səfir təyin edib
# 08 aprel 2013 11:06 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – Dörd illik fasilədən sonra İsrail Türkmənistana səfir təyin edib. APA-nın “Newco.il” saytına istinadən verdiyi xəbərə görə, hazırda İsrailin Yeni Zelandiyadakı səfiri olan Şemi Tsur bir müddət sonra Türkmənistanda çalışacaq. Beləliklə, İsrail İranla həmsərhəd olan ikinci ölkədə səfir təyin etməyə müvəffəq olub. 

 

Qeyd edək ki, İsrail Türkmənistanda öz səfirliyini 2009-cu ildə açsa da, bu günə kimi türkmən tərəfi ilə səfirin namizədliyi ilə bağlı məsələni razılaşdıra bilməmişdi. İsrail bu posta iki nəfərin namizədliyini təklif etsə də, Türkmənistan tərəfi razılıq vermirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR