Bank Of Baku

İsrail yeni yəhudi məskənləri tikməkdə davam edəcək

İsrail yeni yəhudi məskənləri tikməkdə davam edəcək
# 03 dekabr 2012 23:39 (UTC +04:00)

Bakı-APA. İsrail beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq, yeni məskunlaşma yerlərinin tikilməsi planlarından əl çəkməyəcək və Fələstinə qarşı sanksiyalarını davam etdirəcək. Bu barədə «RİA Novosti»yə İsrail hökumətindəki mənbə məlumat verib.

 

Mənbənin sözlərinə görə, buna səbəb Fələstinin birtərəfli addımlar atmasıdır. Söhbət Fələstinə BMT-də «müşahidəçi dövlət» statusu verilməsidir. Buna etiraz olaraq İsrail cavab addımları atmağa başlayıb. Bu addımlar arasında işğal olunmuş ərazilərdə 3 min nəfərlik evlərin tikilməsi və Qüdsün ərəb rayonları ilə İordan çayının qərb sahilin arasında yeni yəhudi qəsəbəsinin salınması da var.

 

İsrail hökumətinin addımları artıq xaricdə narazılığa səbəb olub. Fransa və Böyük Britaniya xarici işlər nazirlikləri İsrail səfirlərini izahat verməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR