Bank Of Baku

İsraildə baş vermiş ağır yol qəzasında 8 qadın zəvvar ölüb, azı 20 nəfər yaralanıb

İsraildə baş vermiş ağır yol qəzasında 8 qadın zəvvar ölüb, azı 20 nəfər yaralanıb
# 03 fevral 2015 18:11 (UTC +04:00)

Bakı-APA. İsrailin cənubunda baş vermiş ağır yol qəzasında 8 müsəlman qadın zəvvar ölüb, azı 20 nəfər yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Qüdsə ziyarətə gəlmiş bədəvi qadın zəvvarlarla dolu avtobus geri dönərkən traktor daşıyan yük maşını ilə toqquşub.      

 

Qəza nəticəsində 8 nəfər ölüb, 21 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

 

Məlumata görə, ölənlərin hamısı və xəsarət alanların əksəriyyəti yaşlı qadınlardır. Zəvvarların Qüdsdəki Əl Əqsa məscidinə ziyarət etdiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR