Bank Of Baku

İsrailin yeni sanksiyası on minlərlə fələstinlini maaşsız qoya bilər

İsrailin yeni sanksiyası on minlərlə fələstinlini maaşsız qoya bilər
# 03 dekabr 2012 08:57 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli - APA. İsrail rəhbərliyi Fələstin milli administrasiyası adından vergilərin yığılmasını dayandırıb.

 

APA-nın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, söhbət 120 milyon dollardan gedir. Bununla da Fələstinin on minlərlə dövlət qulluqçusu maaşsız qalmaq təhlükəsi ilə üzləşib.

 

İsrailin maliyyə naziri Yuval Ştaynits bu addımı Fələstinin BMT-də müşahidəçi statusu alması ilə atdıqlarını deyib: “Biz ABŞ-a bildirmişik ki, əgər Fələstin BMT-yə müraciət etsə, biz dərhal əks-addım atacağıq. Fələstinə aparılan mallardan yığılan vergilər Fələstin administrasiyasının İsrailə olan borcunun ödənilməsinə sərf olunacaq. Bizim hesablamalara görə, Fələstin yəhudi dövlətinə 200 milyon avro borcludur”.

 

Qeyd edək ki, noyabrın 29-da BMT-də Fələstinin bu təşkilatda statusunun qaldırılması ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Fələstinə müşahidəçi-ölkə statusu verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR