Bakı. Könül Cəfərli - APA. İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçirilir.
APA-nın İRİB-ə istinadən məlumatına görə, tərəflər arasında nüvə müzakirələri martın 19-da başlayıb və hazırda qapalı qapılar arxasında davam etdirilir.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 5-6-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək.