Bank Of Baku

İstanbulda Türkiyə, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

İstanbulda Türkiyə, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
# 03 dekabr 2012 07:48 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında Suriyadakı böhranın həlli məqsədilə üçtərəfli görüş keçirilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, Misir prezidenti Məhəmməd Mursinin təklif etdiyi dörtərəfli format əsasında baş tutan yığıncaqda İran iştirak etməyib. Bundan əvvəl Qahirə, Nyu-York və İslamabadda keçirilən toplantılara da Səudiyyə Ərəbistanı qatılmamışdı. İstanbulda keçirilən yığıncağa İranın qatılmamasının səbəbi açıqlanmayıb. Hər üç ölkənin xarici işlər nazirləri - Əhməd Davudoğlu, Məhəmməd Kamal Əmro və Səud əl-Faysal Suriyadakı son vəziyyəti, qlobal məsələləri müzakirə edib, “Suriyanın dostları” qrupunun növbəti toplantısının Mərakeşdə keçirilməsi ilə bağlı razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR