İŞİD terror qruplaşması Kabildəki partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
APA-nın xəbərinə görə, bu barədə jpost.com saytı yerli mətbuata istinadən məlumat yayıb.
*** 12.02
Əfqanıstanın paytaxtı Kabildə iki partlayış olub.
APA-nın “aljazeera.com” saytına istinadən verdiyi məlumatı partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Partlayışlardan biri polis idarəsinin, digər isə İraq səfirliyin yaxınlığında baş verib. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları və hücum edənlər arasında silahlı qarşıdurma yaşanır. Hücum edənlərin İraq səfirliyi yaxınlığındakı binada gizləndiyi bildirilir.