Bank Of Baku

Ketrin Eşton: “İranın nüvə proqramı ilə bağlı texniki məsələlərdə irəliləyiş əldə etdik”

Ketrin Eşton: “İranın nüvə proqramı ilə bağlı texniki məsələlərdə irəliləyiş əldə etdik”
# 28 fevral 2013 10:44 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “Qazaxıstanın Almatı şəhərində keçirilmiş müzakirələrdə İranın nüvə proqramı ilə bağlı texniki məsələlərdə irəliləyiş əldə etdik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib. O bildirib ki, müzakirələrdə son dərəcə əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılıb: “Görüşün detalları barədə ətraflı məlumat verə bilməyəcəyəm. Martın 18-də texniki məsələlərin müzakirə edilməsi üçün mütəxəssislər İstanbulda bir araya gələcək”.

 

K. Eşton “altılıq” ölkələri tərəfindən İrana təqdim edilən təkliflərin müsbət qarşılandığına da toxunub: “Təkliflərimizi İrana açıq olaraq təqdim etdik. Rəsmi Tehranın bu təkliflərimizi düşünəcəyinə ümid edir və bir cavab gözləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR