Bank Of Baku

Ketrin Eşton: “Sentyabrın 26-da İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri keçiriləcək”

Ketrin Eşton: “Sentyabrın 26-da İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri keçiriləcək”
# 24 sentyabr 2013 07:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton sentyabrın 23-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdən danışıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, K. Eşton sentyabrın 23-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutan görüşü yaxşı və konstruktiv adlandırıb: “Biz İranın nüvə proqramı ilə bağlı bir sıra mühüm məsələlərlə əlaqədar danışıqlar apardıq. Sentyabrın 26-da Nyu-Yorkda İranla “altılıq” ölkələrinin xarici işlər nazirləri arasında nüvə müzakirələrini davam etdirmək barədə razılıq əldə olundu”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR