Bank Of Baku

Ketrin Eşton: “Ümid edirik ki, İran Qazaxıstanda daha “yumşaq” mövqe nümayiş etdirəcək”

Ketrin Eşton: “Ümid edirik ki, İran Qazaxıstanda daha “yumşaq” mövqe nümayiş etdirəcək”
# 14 fevral 2013 09:52 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. “İranın nüvə problemi sülh yolu ilə həll edilməlidir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.

 

O bildirib ki, beynəlxalq aləmin İranın nüvə proqramı ilə bağlı narahatlığı var: “Bu narahatlıq sıx diplomatiya yolu ilə aradan qaldırılmalıdır. Tehrana qarşı sanksiyalar bu ölkəni müzakirələrə cəlb etmək məqsədi daşıyır. Sanksiyaların bundan başqa hədəfi yoxdur. Ümid edirik ki, İran “altılıq” ölkələri ilə keçiriləcək növbəti görüşdə əvvəlki müzakirələrdən fərqli olaraq, daha “yumşaq” mövqe nümayiş etdirəcək”.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş fevralın 26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR