Bank Of Baku

Kim Çen In: "KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb"

Kim Çen In: "KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb"
# 01 yanvar 2018 04:56 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In masası üzərində "nüvə düyməsi"nin olduğunu bəyan edib.   APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Kim Çen In bu barədə KXDR vətəndaşlarna Yeni İl təbrikində bildirib. 

 

Onun sözlərinə görə,  KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır. 

 

 

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir. 

 

Kim Çen In həmçinin KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib. 

 

KXDR lideri beynəlxalq təzyiqin artmasından şikayətlənsə də, nüvə başlıqlarının və ballistik raketlərin istehsalını sürətləndirməyə çağırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR