Bank Of Baku

Kofi Annan: “İran Suriya ilə bağlı keçiriləcək konfransda iştirak etməlidir”

Kofi Annan: “İran Suriya ilə bağlı keçiriləcək konfransda iştirak etməlidir”
# 17 iyul 2013 01:33 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran Suriyadakı böhrandan çıxış yollarının axtarılması məqsədilə Cenevrə şəhərində keçiriləcək konfransa qatılmalıdır”. APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin keçmiş baş katibi Kofi Annan “Sülh və müharibədə həyat” adlı kitabının təqdimat mərasimi zamanı bildirib. Onun sözlərinə görə, Suriyadakı böhranla bağlı konfrans tezliklə təşkil edilməli və İran da tədbirdə həmin ölkənin taleyi ilə bağlı qərar verən dövlətlərin sırasında olmalıdır. K.Annan BMT-nin 2012-ci ilin iyununda Suriya ilə bağlı keçirdiyi konfransının nəticəsiz olduğunu da xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR