APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, kürd silahlı dəstələri və digər yerli silahlı qruplaşmalar 20-dək kəndi nəzarətə alıb.
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın aviasiyasının dəstək verdiyi kürd silahlı dəstələri Kobani uğrunda İŞİD döyüşçüləri üzərində qələbə çaldıqdan sonra cənuba doğru irəliləməkdə davam edirlər.