Bank Of Baku

Küveyt İrana qonşu ölkələr üçün radiasiya təhlükəsi yaratmamağa çağırıb

Küveyt İrana qonşu ölkələr üçün radiasiya təhlükəsi yaratmamağa çağırıb
# 25 dekabr 2012 03:31 (UTC +04:00)

Bakı-APA. Qonşu ölkələri hər-hansı radiasiya təsirindən təhlükəsizləşdirmək üçün İrana Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq etmək lazımdır. APA-nın məlumatına görə, bu barədə Küveytin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Fars körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasının (FKƏÖƏŞ) Bəhreynin paytaxtı Manama şəhərində keçirilən sammitində çıxışı zamanı qeyd edib.

 

“Buşer Atom Elektrik stansiyasında texniki nasazlıqlar barədə olan xəbərlər bir daha təsdiq edir ki, İran region ölkələrini hər-hansı radiasiya təhlükəsindən qorumaq üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etməli və bu təşkilatın meyarlarına və standartlarına əməl etməlidir”, deyə əmir bəyan edib.

 

Bundan başqa, “bitməyən işləri” həll etmək üçün şeyx İslam Respublikasını FKƏÖƏŞ dövlətləri ilə dialoqa çağırıb – Səudiyyə Ərəbistanı bundan əvvəl iranlıların tez-tez qanunsuz sərhədi keçmələri ilə bağlı dəfələrlə Tehrana qarşı iddia irəli sürüb.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında Fars körfəzində üç ada ilə bağlı illərlə davam edən ərazi mübahisəsi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR