Bank Of Baku

KXDR ballistik raketləri buraxılış meydançasından yığışdırıb

KXDR ballistik raketləri buraxılış meydançasından yığışdırıb
# 07 may 2013 03:54 (UTC +04:00)

Bakı-APA. KXDR hakimiyyəti ballistik raketləri ölkənin şərq sahillərindəki buraxılış meydançalarından yığışdırıblar. APA-nın xəbərinə görə, bu barədə Reuters ABŞ hökumətindəki mənbəyinə istinadən məlumat verir.

 

Bir müddət əvvəl KXDR-in ölkənin şərq sahillərinə «Musudan» tipli ballistik raket yerləşdirdiyi barədə xəbər verilmişdi. Bu raketlər 3-4 min kilometr məsafəyə uça bilirlər. Yaxın vaxtlarda bu raketlərin sınaq uçuşunun keçiriləcəyi gözlənilirdi.

 

Lakin ABŞ rəsmiləri bu raketlərin buraxılış meydançalarından çıxarıldığını və yeni buraxılış meydançasına aparılmadıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR