Bank Of Baku

Lavrov: “Suriyada münaqişənin genişlənməsi dövlətin çökməsinə gətirib çıxara bilər”

Lavrov: “Suriyada münaqişənin genişlənməsi dövlətin çökməsinə gətirib çıxara bilər”
# 25 fevral 2013 10:40 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli-APA. “Suriyadakı münaqişə genişlənsə, bu, dövlətin çökməsinə gətirib çıxara bilər”. APA-nın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Diplomatik Akademiyada çıxış edən XİN rəhbəri Sergey Lavrov deyib.

 

Onun sözlərinə görə, hazırda ölkə yol ayırıcısındadır: “Elə qüvvələr var ki Suriyada münaqişənin davam etməsinin lehinə çıxış edirlər. Bu, Suriya dövlətinin çökməsinə, onun yox olmasına gətirib çıxara bilər. Suriya hökuməti təxribatlara uymamalıdır. Rusiya tərəfi isə öz növbəsində münaqişənin dinc yolu ilə həll edilməsi üçün əlindən gələni edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR