Bank Of Baku

Livan gömrüyü məktəb partalarından üç ton narkotik aşkarlayıb

Livan gömrüyü məktəb partalarından üç ton narkotik aşkarlayıb
# 30 dekabr 2015 00:00 (UTC +04:00)

Bakı-APA. Beyrut limanının gömrük xidməti Misirə göndərilməsi nəzərdə tutulan üç ton narkotik vasitə aşkarlayaraq müsadirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  narkotik vasitə sayılan kaptaqon (amfetamin əsasında hazırlanan sintetik narkotik) və həşiş məktəb partalarında gizlədilib.  

 

Qeyd edək ki, bundan əvvəl Livan ordusu Bekaa vadisində kaptaqon istehsalı üzrə iki gizli zavod aşkarlayıb. Bundan başqa ərazidə silah anbarı da aşkarlanıb. Avtomat, pulemyot, müxtəlif döyüş sursatları, minaatan mərmiləri müsadirə edilib. Cinayətkarların axtarışları davam etdirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR