Bank Of Baku

Mahmud Əhmədinejad: “Hökumətlə parlamentin əməkdaşlığı zəruridir”

Mahmud Əhmədinejad: “Hökumətlə parlamentin əməkdaşlığı zəruridir”
# 08 aprel 2013 12:27 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran xalqı düşmənin psixoloji müharibəsi və təzyiqləri ilə öz qanun və ideallarından imtina etməyəcəyini sübuta yetirdi”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentinin deputatları ilə görüşündə bildirib.

 

Onun sözlərinə görə, təzyiqlərin öhdəsindən gəlinməsi, böyük layihələrin həyata keçirilməsi və s. üçün parlamentlə hökumətin əməkdaşlığı zəruridir: “İnfrastruktur layihələri və təməl mövzuların qaldırılmasından çəkinməmək lazımdır. Əksinə, bu cür mövzuları cəsarətlə gündəmə gətirmək və problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır”.

 

M.Əhmədinejad düşmənin xalqı ümidsizliyə sürükləmək istədiyini, ancaq xalqın səhnəyə gəldiyini və hər şeyi dəyişdirməyə qadir olduğunu da deyib.

 

İran prezidenti həmçinin vurğulayıb ki, bu ilin iyununda keçiriləcək seçkilərdə seçicilərin ən yüksək səviyyədə iştirakının təmin edilməsi üçün səy göstərilməli və seçki mühitinin qanuni çərçivədə, qardaşlıq və dostluq şəraitində olması lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR