Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad İraqa rəsmi səfər edəcək.
APA-nın İSNA-ya istinadən məlumatına görə, iyulun 18-də reallaşacaq səfər iki gün davam edəcək.
M.Əhmədinejad səfər çərçivəsində İraqın baş naziri Nuri əl-Maliki, vitse-prezident Xəzir əl-Xəzai və bu ölkənin digər rəsmiləri ilə görüşəcək. Görüşdə ikitərəfli əlaqələr, regionda və dünyada baş verən hadisələr müzakirə ediləcək. İran prezidenti səfər çərçivəsində həmçinin müqəddəs yerləri ziyarət etmək məqsədilə Kərbəla və Nəcəfə də gedəcək.
Qeyd edək ki, M.Əhmədinejadın İraqa səfəri tarixinin bir müddət əvvəl müəyyənləşdirilməsinə baxmayaraq, bu ölkənin prezidenti Cəlal Təlabaninin xəstələnməsi səbəbindən təxirə salınıb.