Bakı. Könül Cəfərli – APA. “Xəzər dənizinin hüquqi statusu tezliklə öz həllini tapmalıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə Aşqabadda Türkmənistanın xarici işlər naziri Rəşid Muradovla görüşündə bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün səylər sürətləndirilməlidir. M. Axundzadə həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı İranla Türkmənistanın mövqeyinin bir-birinə yaxın olduğunu da deyib.