Bank Of Baku

Məhəmməd Cavad Zərif: “ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək”

Məhəmməd Cavad Zərif: “ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək”
# 26 fevral 2014 13:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ-ın İrana qarşı keçmiş düşmənçiliyi nüvə məsələsi tamamilə nizamlansa belə sona çatmayacaq”.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

Onun sözlərinə görə, ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək: “Hətta İranın nüvə məsələsi həll edilsə belə, bu düşmənçilik bitməyəcək. Çünki onlar qarşılarına İranı iddia və ideal sahibi bir ölkə olmaqdan çıxarıb normal bir ölkə statusuna gətirməyi məqsəd qoyublar”.

 

M.C.Zərif deyib ki, İranla “altılıq” ölkələri arasında bu ilin yayınadək bir neçə mərhələ müzakirə keçiriləcək: “Bu danışıqların sonunda İrana qarşı tətbiq edilmiş ədalətsizcəsinə və qəddarcasına sanksiyaların hamısının aradan qaldırılması, xalqın nüvə haqqının gerçəkliyə çevrilməsi lazımdır”.

 

İran XİN rəhbəri vurğulayıb ki, İran nüvə silahı istehsal etmək niyyətində olmadığını isbatlayacaq mövqedədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR