Bank Of Baku

Məhəmməd Xatəmi məhbusları azad etməyə çağırıb

Məhəmməd Xatəmi məhbusları azad etməyə çağırıb
# 27 avqust 2013 10:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın eks-prezidenti Məhəmməd Xatəmi məhbuslara azad etməyə çağırıb.

 

APA-nın “Bahar” qəzetinə istinadən verdiyi məlumata görə, M. Xatəmi bildirib ki, bu gün qəlblərdəki nifrəti təmizləmək üçün yaxşı şans yaranıb: “Bunun üçün məhbuslar azad edilməli, divarlar aradan qaldırılmalıdır. Biz hər şeyi kənara qoyaraq ölkəmiz üçün nə edə biləcəyimizi qardaşcasına düşünməliyik. Ölkənin böyük iqtisadi, siyasi, mədəni və idarəçilik problemlərinin həlli üçün birlikdə işləməliyik”.

 

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd, həmçinin Mehdi Kərrubi 2009-cu ildə keçirilmiş prezident seçkilərinə etiraz etdiklərinə görə 2010-cu il fevralın 14-dən ev dustaqlığında saxlanılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR