Avstraliyanın Melburn şəhərində avtomobil piyadaların üstünə sürülüb.
APA-nın xəbərinə görə, Viktoriya ştatı polisinin "Twitter" səhifəsində bildirilir ki, insident Flinders küçəsində baş verib. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Polis sürücünü saxlayıb.
Hüquq-mühafizə orqanları hadisənin şahidlərini dindirir.