Bakı. Real Cəfərli – APA. “İran 2 ilə nüvə silahına sahib olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Böyük Britaniya kəşfiyyat orqanı olan MI6-nın rəhbəri Sir Con Savers bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya kəşfiyyatçılarının gizli fəaliyyətləri nəticəsində 2008-ci ilin əvvəllərində İranın nüvə silahı istehsal etməsinin qarşısı alınıb: “Lakin qarşıdakı iki il içərisində İran nüvə silahlarına sahib olacaq”.
C.Savers həmçinin deyib ki, İranın 2014-cü ilin sonunadək hədəfinə çatması bu ölkənin ABŞ-la İsrailin hücumuna məruz qalması ehtimalını artıracaq.