Bank Of Baku

Misir prezidenti ölkəsində Rusiya hərbi bazasının yaradılacağını təkzib edib

Misir prezidenti ölkəsində Rusiya hərbi bazasının yaradılacağını təkzib edib
# 16 oktyabr 2016 13:22 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Abdel Fəttah as-Sisi ölkəsində Rusiya, yaxud başqa bir ölkənin hərbi bazasının olmadığını və olmayacağını bəyan edib.

 

APA-nın məlumatına görə, Misir prezidenti  “Əl-Əhram” qəzetinə müsahibəsində deyib ki, bəzi Misir KİV-ləri araşdırmadan belə informasiyalar yayıblar.

 

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti xarici siyasət və hərbi dairələrdəki mənbələrə istinadən Rusiyanın Misirdə hərbi obyektlər, o cümlədən Sidi-Barrani şəhərindəki hərbi hava bazasını icarəyə götürməklə bağlı Qahirə ilə danışıqlar apardığı barədə məlumat yayıb. Bəzi Misir KİV-ləri də bu məlumata səhifələrində yer verib. Ancaq sonradan Misir Prezident Administrasiyasının rəsmi nümayəndəsi Alya Yusef bu informasiyanı təkzib edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR