Bank Of Baku

Misirdə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

Misirdə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb
# 24 iyun 2018 15:49 (UTC +04:00)

Bu gün Misir parlamentində keçirilən səsvermədə ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə 3 ay uzadılması dəstəklənib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Misir prezidenti Abdel Fəttah as-Sissi bu barədə müvafiq sərəncam imzalayıb.

 

Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində, Tante və İsgəndəriyyə şəhərlərində terror aktları törədiləndən sonra tətbiq olunmağa başlanıb. Həmin iki terror aktında 50-dən çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Ölkə qanunvericiliyinə görə, fövqəladə vəziyyət rejimi hər dəfə 3 ay olmaqla uzadılır.

 

Hazırda Misirdə ölkənin şimalı və mərkəzindəki Sinay yarımadasında terrorizmə qarşı geniş masştablı əməliyyat keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR