Bakı-APA. Mayın 18-də Moskvada Suriya üzrə Rusiya-ABŞ məsləhətləşmələri keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr məlumat verib.
“Rusia və ABŞ arasında ekspertlər səviyyəsində ikitərəfli məsləhətləşmələrin keçirilməsi planlaşdırılıb. Danışıqlar gələn bazar ertəsi, mayın 18-də baş tuta bilər. Müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq”, deyə mənbə bildirib.
Bildirilir ki, görüşdə həmçinin ABŞ-ın Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Devid Rubinstayn iştirak edəcək.